Türk dili öyrənmək istəyənlər üçün TÖMER (Türkçe Öğretim Merkezi) əsas mərkəzlərdən biridir. TÖMER, Türk dili və mədəniyyətini öyrətməklə məşğul olan bir qurumur və beynəlxalq tələbələr üçün mühüm bir tədris mərkəzidir.) Türkiyə universitetlərində türk dilində təhsil almaq istəyən hər bir bakalavr, magistratura və doktorantura namizədinin keçməli olduğu dil imtahanıdır.
GLC Xaricdə Təhsil Şirkəti olaraq bu blogda TÖMER haqqında ətraflı məlumat və bu mərkəzdə təhsil almağın üstünlükləri haqqında danışacağıq.
Türkiyədə təhsil almaq istəyən hər bir tələbə mütləq bu imtahanda iştirak etməlidir. Bu imtahanı verməyən tələbələr Türkiyədə əlavə olaraq 1 il oxuyur. Yəni normalda hər bir universitet 4 il olursa, TÖMER imtahanına girməyən tələbələr üçün universitet müddəti 5 il olur. Əlavə oxunulan 1 ildə Türk dili öyrədilir.
TÖMER imtahanları tələbələrin Türk dilində nə dərəcədə səlis və doğru danışdıqlarını, yazdıqlarını və anladıqlarını qiymətləndirir. İmtahanlar əsasən dörd bölümdən ibarətdir: dinləmə, oxuma, yazma və danışma. Hər bir bölüm tələbənin dil biliklərini müxtəlif aspektlərdən yoxlayır. TÖMER imtahanının ümumi müddəti təxminən 2.5 - 3 saat arasında dəyişir.
1)Dinləmə (Dinleme)
Müddət: Təxminən 30 dəqiqə
Məzmun: Müxtəlif mövzularda dinləmə mətnləri və bunlarla bağlı suallar.
2)Oxuma (Okuma)
Müddət: Təxminən 60 dəqiqə
Məzmun: Müxtəlif mövzularda oxuma mətnləri və bunlarla bağlı suallar.
3)Yazma (Yazma)
Məzmun: Verilən mövzularda inşa yazmaq və yazılı ifadə bacarıqlarını nümayiş etdirmək.
4)Danışma (Konuşma)
Müddət: Təxminən 10-15 dəqiqə
Məzmun: Fərdi və ya ikili müsahibə şəklində keçirilir, tələbənin danışıq bacarıqlarını qiymətləndirir.
• A1 – Başarısız – (Bu nəticə heç bir universitetdə qəbul edilmir)
• A2 – Başarısız – (Bu nəticə heç bir universitetdə qəbul edilmir)
• B1 – Başarılı – (Bu nəticəni bəzi universitetlər qəbul edir)
• B2(55-70) – Başarılı – (Bu nəticəni birçox universitetlər qəbul edir)
• C1(71-88) – Başarılı – (Bu nəticəni demək olarki 95% universitetlər qəbul edir)
• C2(89-100) -Başarılı – (Bu nəticə tamami ilə keçərlidir)
TÖMER/TYS Türkiyədə aşağıdakı kataqoriyaya aid olan hər kəsə lazımdır.
• Attestatla bakalavr təhsili almaq istəyənlərə
• YÖS-lə bakalavr təhsili almaq istəyənlərə
• Magistr təhsili almaq istəyənlərə
• Türkiyədə dövlət qurumlarında və bəzi şirkətlərdə işləmək istəyənlərə
• Doktorantura oxumaq istəyənlərə
Məsləhət olunur ki, TÖMER sınavı günü çatmadan hər kəs TÖMER imtahanı sualları nümunələrinə baxsın, çünki bu imtahanda uğurlu olmağa kömək edəcək. GLC Xaricdə Təhsil Şirkəti olaraq TÖMER imtahanı ilə bağlı tələbələrə bütün xidmətləri peşəkar formada təklif edirik. TÖMER kursumuz üçün keçid edin.
Qısacası TÖMER/TYS Türkiyədə aşağıdakı kataqoriyaya aid olan hər kəsə lazımdır.
Qeyd 1:
TÖMER imtahanından keçməyən tələbə mütləq bir il TÖMƏR üzrə hazırlıq oxumalıdır.Bu həm vaxt itkisi, həmçinin də pul itkisidir
Qeyd 2:
YÖS-lə qəbul aparan universitetlərdə TÖMER və ya TYS balları 65-70-dən başlayır.
Attestatla qəbul aparılan universitetlərdə keçid balları 55-60-dan başlayır.
Qeyd 3:
Türkçe Yeterlilik Sınavı zamanı sizin biliyiniz 6 səviyyədə qiymətləndirilir. Bu səviyyələr aşağıdakılardır.
Əgər siz Türkçe yeterlilik sınavına girirsinizsə, istənilən halda yuxarıda sadalanan 6 səviyyədən birinə aid biliyiniz olduğuna dair sizə sertfikat veriləcəkdir.
TÖMER Türk dili öyrətmək məqsədilə yaradılmış dil kursudur
İmtahan təxminən 3-4 saat çəkir.
İmtahan A1-dən C2-yə qədər 6 səviyyədən ibarətdir.
Türkiyədə təhsil almaq və ya işləmək istəyənlər üçün vacibdir.
Müəyyən dil kurslarına qatılaraq və ya özünüzü hazırlayaraq.