Türkiyə Respublikasında bakalavr ali təhsil müddəti 4 ildir. Tibb ixtisası üzrə bu müddət 6 il, diş həkimliyi ixtisası üzrə isə 5 ildir. Türkiyədə istər dövlət, istərsə də özəl universitetlərin öz qəbul şərtləri var.
Türkiyə universitetləri SAT, YÖS imtahan nəticələri və eyni zamanda attestatla tələbə qəbulu həyata keçirməkdədir. İstər imtahan nəticəsi ilə istərsə də attestatla univeristet qəbullarına müraciət zamanı bir sıra bir sıra sənədlər tələb olunmaqdadır.
Bu sənədlərin siyahısına və ətraflı şəkildə bu sənədlərin izahına aşağıda baxa bilərsiniz.
Universitetə müraciət edən abituryent əgər məzun olubsa və attestatını alıbsa, 11-ci sinif attestatını Apostelli (apostel 5 sayılı ASAN xidmət və ya Ədliyyə Nazirliyində edilir) formada təqdim etməlidir.
Əgər abituyent məzun olmayıbsa, o zaman təhsil aldığı məktəbdən 11-ci sinifdə təhsil aldığını təstiqləyən arayış təqdim etməlidir. Daha sonra attestatını aldığı zaman isə yenə muvaffiq qaydada attestat apostel etdirməlidir. Apostel əsasən 7-15 gün içərsində hazır olur.
Numunəyə buradan baxa bilərsiniz.
Təhsil aldığınız orta məktəbdə sizin 9-10-11-ci siniflər üzrə qiymətlərinizi gösdərən sənəddir. Transkript yazıldığı zaman mütləq ümumi ortalama da (GPA) gösdərilməlidir. Transkript Türk dilində yazılmalıdır və ya Türk dilinə tərcümə olunaraq notariusda təsdiq edilməldiir.
Transkript elektron olaraq hazırlanmalıdır çap edildikdən sonra orta məktəbdə direktor və ya əvəzedicisi tərəfindən imzalanmalı və möhürlənməlidir.
Nümunəyə buradan baxa bilərsiniz.
Xaricdə təhsil almaq üçün mütləq şəkildə xarici pasport lazımdır. Əgər xarici pasportunuz yoxdursa, bu zaman siz şəxsiyyət vəsiqənizlə universitetə müraciət edə bilərsiniz. Şəxsiyyət vəsiqəsi ilə qəbul prosesiniz başlayar, lakin təhsil almağa gedərkən ölkədən çıxışınızı mütləq şəkildə xarici pasportla etməlisiniz.
Eyni zamanda universitet qeydiyyatında da sizdən pasport tələb olunacaqdır. Universitetə müraciət zamanı şəxsiyyət vəsiqəniz və ya xarici pasportunuz Türk dilinə tərcümə olunmalı və notarial qaydada təsdiq edilməlidir.
Nümunəyə buradan baxabilərsiniz.
Universitetə müraciət edən abituryentin əgər 18 yaşı tamam olmayıbsa, hər iki valideyn tərəfindən Türkiyədə yaşaması və təhsil alması barədə etibarnamə verilməlidir. Etibarnamə Türk dilinə tərcümə edilərək notarial qaydada təsdiq edilir və mütləq şəkildə Apostel edilməlidir.
Bundan başqa 18 yaşı tamam olmayan tələbələr ölkəni tərk edərkən hər iki valideyinin ölkəni tərk etməsi üçün icazə vermələri lazmdır.Valideynlərindən birini itirən tələbələr isə valideynin ölüm kağızı və ya sürətini təqdim etməlidir.
Sərhədi keçmək üçün hazırlanmış sənədin tərcümə və notarial təsdiqə və eyni zamanda apostel olunmasına ehtiyac yoxdur. Bu sənədin Azərbaycan dilində olmağı kifayət edir. Numunələrə buradan baxa bilərsiniz.
18 yaşı tamam olan tələbələr üçün isə bu sənədlər tələb edilmir.
Sizin Türkiyədə yaşadığınız və təhsil aldığınız müddətdə xərcləriniz qarşılanacağına dair sənəddir. Bu sənəd notarial qaydada ata və ya ana tərəfindən verilir. Bu sənəd də Türk dilinə tərcümə edilərək notarial qaydada təsdiq edilir. Bu sənədi bəzi universitetlər tələb edirlər.
Bir çox universitet sponsorluq sənədini tələb etmir. Bunu dəqiq bilmək üçün gedəcəyiniz universitetin qeydiyyat şərtlərinə baxılması mütləqdir.
Bakı Türk Eğitim Müşavirliyi tərəfindən verilir. Əvvəlki illərdə fiziki olaraq sənədlərlə birgə Müşavirliyə yaxınlaşıb müraciət edilsə də, yeni qərarla artıq https://edenklik.meb.gov.tr/ saytı üzərindən onlayın qaydada müraciət edilməlidir.
Müraciət üçün abituryentin pasport və ya şəxsiyyət vəsiqəsi, apostel edilmiş attestatı, transkripti saytdakı müraciət formuna yüklənilir. 18 yaşı tamam olmayan tələbələr üçün isə əlavə olaraq valideyinlərin hər ikisinin şəxsiyyət vəsiqəsi və abiturientin Türkiyədə təhsil almağına etiraz etmədiklərinə dair notarial qaydada hazırlanmış razılıq ərizəsi yüklənilir.
Qeyd olunan sənədləri müraciət formuna yüklədikdən sonra online qaydada görüş vaxtı alınır. Görüş günü və saatında müraciət formuna yüklənmiş sənədlərlə birgə abiturientin şəxsən özü Müşavirliyə gedərək sənədləri əldən təqdim edir və denklik belgesini alır.
4,5x6 ölçüsündə 4 ədəd şəkil.
GLC Xaricdə təhsil şirkəti olaraq, artıq 10 illik təcrübəmizlə sizə sənədləşdirmə işlərində dəstək olarıq! Bunun üçün bizimlə əlaqəyə keçməyiniz kifayətdir.