Təqaüd proqramı “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında 6 yanvar 2021-ci il tarixində imzalanmış 2021-2023-cü illər üçün “Stipendium Hungaricum” proqramı çərçivəsində əməkdaşlıq haqqında Anlaşma Memorandum"una əsasən həyata keçirilir. Proqram çərçivəsində Macarıstan tərəfindən hər il 200 Azərbaycan vətəndaşı üçün aşağıdakı ixtisas proqramları əsasında təqaüd ayrılacağı nəzərdə tutulmuşdur:
Kənd təsərrüfatı, su idarəetməsi - 10 təqaüd;
Təbiət elmləri, davamlı inkişaf - 20 təqaüd,
Turizm - 10 təqaüd;
Səhiyyə elmləri – 5 təqaüd;
Beynəlxalq münasibətlər – 5 yer;
Mühəndislik, informasiya texnologiyaları, texnologiyalar - 75 təqaüd;
İqtisadiyyat, biznes və idarəetmə elmləri - 50 təqaüd.
İstənilən maraq dairəsi üzrə - 25 təqaüd proqramı vardır.
Qeyd: Macarıstan tərəfinin elektron ərizə sistemində müqavilədə göstərilən ixtisas istiqamətlərinə uyğun olmayan ixtisaslar (hüquq, memarlıq və s.) olduğunu nəzərə alaraq bildiririk ki, müsahibə mərhələsində iştirak hüququnu ancaq Anlaşma Memorandumunda qeyd edilən (yuxarıda verilmiş) ixtisas istiqamətləri üzrə müraciət edən iddiaçılar əldə edə biləcəklər.
Təqaüd proqramı Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında 6 yanvar 2021-ci il tarixində imzalanmış 2021-2023-cü illər üçün “Stipendium Hungaricum” proqramı çərçivəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən həyata keçirilir. Proqram Azərbaycan Respublikasının vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüd hesabına təhsil almaq imkanı yaradır.
İngilis dili (ingilis dilli proqramlara müraciət edən şəxslər müvafiq dil sertifikatına malik olmalıdır)
Təhsil alınacaq ixtisasın müəyyən edilməsi məqsədilə müsabiqədə iştirak edən universitetlərlə bağlı keçiddən müvafiq məlumatlar əldə edilə bilər.
Tələbələr üçün nəzərdə tutulmuş təqaüd aşağıdakı xərcləri əhatə edir:
Macarıstan tərəfindən: - ödənişsiz təhsil; - universitet yataqxanasında yaşayış; - tibbi sığorta; - aylıq təqaüd
Qeyd: Təhsil yerinə gediş-gəliş xərcləri tələbələrin özləri tərəfindən qarşılanır.
Daha ətraflı məlumatı keçid vasitəsilə əldə etmək mümkündür: https://stipendiumhungaricum.hu/
Təqaüd proqramı barədə daha ətraflı məlumat hər il yenilənən və əsas səhifədə dərc olunan müvafiq elan vasitəsilə əldə edilə bilər.