🎓 GLC-nin təşkilatçılığı ilə Beynəlxalq Təhsil Sərgisi uğurla keçirildi!
2025-ci ilin 20 aprel tarixində keçirilən Beynəlxalq Təhsil Sərgisi təhsilini xaricdə davam etdirmək istəyən minlərlə gəncin və valideynin iştirak etdiyi mühüm bir tədbirə çevrildi. GLC-nin təşkilatçılığı ilə baş tutan sərgidə 40-dan çox nüfuzlu universitet və beynəlxalq təhsil təşkilatı iştirak etdi. Tədbir iştirakçılara müxtəlif ölkələrdəki təhsil imkanlarını daha yaxından tanımaq və fərdi olaraq universitet nümayəndələri ilə görüşmək imkanı yaratdı.
Sərgidə Türkiyə, Almaniya, Fransa, Malayziya, Ukrayna, Polşa, Rusiya və digər ölkələrin tanınmış universitetləri olmaqla yanaşı, beynəlxalq təhsil şirkətləri və təqaüd proqramlarını təmsil edən qurumlar da yer aldı. Universitet nümayəndələri öz proqramları, qəbul şərtləri, təqaüd imkanları və tələbə həyatı ilə bağlı birbaşa məlumatlar təqdim etdilər.
- Ən son təhsil proqramları və fakültələrlə tanış oldular - Öz maraq dairələrinə uyğun universitetləri araşdırdılar - Qəbul prosesi, viza məsələləri və maliyyə planlaması barədə ətraflı məlumat əldə etdilər - Bəzi hallarda yerində ilkin müraciət imkanı da əldə etdilər
Tədbirə qatılan gənclər sərginin həm maarifləndirici, həm də motivasiyaedici olduğunu qeyd etdilər. Onlar üçün xaricdə təhsilin artıq daha əlçatan və sistemli şəkildə planlaşdırıla biləcəyini görmək böyük fürsət oldu. Valideynlər isə uşaqlarının təhsili üçün belə şəffaf və real seçim imkanlarının təqdim olunmasından məmnun qaldıqlarını bildirdilər.
Sərgiyə qatılaraq gələcəyinə yatırım edən hər bir iştirakçımıza, universitet nümayəndələrinə və təşkilatçılıq prosesində əməyi keçən bütün komanda üzvlərimizə təşəkkür edirik. Sizin marağınız və fəallığınız sayəsində bu tədbir uğurla gerçəkləşdi.
Növbəti təhsil sərgilərimizə dəvətlisiniz! Yeni universitetlər, yeni imkanlar və yeni istiqamətlərlə sizi qarşılayacaq növbəti sərgimizdə yenidən görüşmək ümidi ilə!
Növbəti sərgilərdən xəbərdar olmaq üçün bizi Instagramdan izləyin. Klikləyin.